
Ayın səthində tədqiqatlar aparmaq üçün kiçik transformer robotu
8 santimetr diametrində olan “Sora-Q” adlı robotun ümumi çəkisi 250 qramdır. “Tomy”, Yaponiya Kosmik Məkanın Tədqiqi Agentliyi (JAXA) və “Sony Group” korporasiyası bu robotun hazırlanmasına təqribən altı il vaxt sərf ediblər.
Bildirilir ki, elliptik formada olan robotun korpusu təkərlər formasına düşərək onun Ayın səthində hərəkət etməsinə imkan yaradır. Həmçinin, “Sora-Q” Ayda çəkilişlər aparmaq üçün ön və arxa kameralarla təchiz edilib.
“Tomy” şirkətinin əməkdaşı qeyd edib ki, oyuncaqlar şirkəti kosmik zonda yerləşə biləcək robotun hazırlanmasında iştirakdan məmnundur.
Həmin robotun qarşıdakı 12 ayda iki dəfə Aya göndərilməsi planlaşdırılır.
BƏNZƏR MƏQALƏLƏR
-
ŞƏXSİ İŞİNİ QURMAQ NECƏ BİR ŞEYDİR BİLİRSİNİZMİ?
Bu məqalənin fərdi inkişaf mənasında şəxsi işini qurub uğurlu olmaq istəyənlər üçün çox vacib olduğunu […]
-
Səhər yeməyinin ən vacib qida qəbulu olduğuna dair 5 səbəb
Amerika Birləşmiş Ştatlarının Ohayo Universitetinin 2021-ci ilin iyulunda apardığı araşdırmaya görə, böyüklərin 15.2%-i səhər yeməyi […]
-
“Microsoft” virtual reallıq üçün əlcək icad edib
Əlcəklər virtual obyektləri götürərkən fiziki toxunma əksini təmin edəcək. “Microsoft” mühəndisləri əlcəyin arxasına xüsusi güc […]