
“Ayın fermeri” müsabiqəsinin qalibi müəyyənləşib
Azərbaycanda aqrar sahədə fəaliyyətin daha da stimullaşdırılması üçün ilk dəfə olaraq fermerlər arasında elan edilən “Ayın fermeri” müsabiqəsinin qalibi müəyyənləşib.
Müsabiqədə iştirak üçün 48 rayondan ümumilikdə 96 fermer müraciət edib. Müsabiqənin iki mərhələsi üzrə ayrı-ayrılıqda fermerlərin fəaliyyəti qiymətləndirilib.
Economic.az bildirir ki, komissiya üzvlərinin qiymətləndirməsi nəticəsində taxılçılıqda yüksək məhsuldarlıq əldə etdiyinə görə fermer İkram Ziyadov “Ayın fermeri” müsabiqəsinin qalibi elan edilib. Bərdə rayonunda 23 ildir taxılçılıqla məşğul olan İkram Ziyadov düzgün aqrotexniki qulluq nəticəsində taxıl sahəsindən buğda üzrə orta hesabla 54 sentner, arpa üzrə 45 sentner məhsul əldə edib.
Qeyd edək ki, “Ayın fermeri” müsabiqəsinin məqsədi nümunəvi fermerlərin müəyyən edilməsi, onların mükafatlandırılaraq həvəsləndirilməsi və qabaqcıl fermerlər arasında sağlam rəqabət mühitinin formalaşdırılmasından ibarətdir.
Xatırladaq ki, müsabiqənin təşkili ilə bağlı təsdiqlənən qaydalara əsasən, müsabiqədə “Elektron Kənd Təsərrüfatı” İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçmiş və 2 ildən az olmayan müddətdə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fermerlər iştirak edə bilər.
BƏNZƏR MƏQALƏLƏR
Azərbaycanın şimal-qərb bölgəsində 6 qida dəyər zənciri yaradılacaq
Kənd Təsərrüfatı Nazirliyi ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) kənd təsərrüfatı sahəsində […]
Şəhərdən Kəndə” aqroturizm portalının beta-versiyası istifadəyə hazırdır
Ölkəmizdə həyata keçirilən ilk aqroturizm layihəsi olan “Şəhərdən Kəndə”nin www.tovillage.az portalının beta-versiyası istifadəyə hazırdır. […]
Qurban bayramı ilə əlaqədar onlayn satış yarmarkası təşkil olunacaq
Qurban bayramı ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən […]