
Avtomobillərə aksiz vergisinin hesablanması
Vergi Məcəlləsinə son dəyişiklikdə istehsal tarixi 10 il olan və benzinlə işləyən avtomobilin idxalı zamanı aksiz məbləğinin hesablanmasında hər hansı yenilik edilibmi? İstehsal tarixi 5 il və mühərrikinin həcmi 3500 kubsantimetr olan avtomobilin idxalı zamanı aksiz məbləği necə hesablanır?
Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 1 yanvar 2022-ci il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, Azərbaycan Respublikasına idxal olunan minik avtomobillərinin istehsal tarixi 7 ildən artıq olduqda aksiz Vergi Məcəlləsinin 190.4.1-ci və 190.4.1-3-cü maddələrinə əsasən hesablanmış məbləğə benzin mühərrikli minik avtomobillərinə görə 1, 2 yüksəldici əmsal tətbiq edilməklə hesablanır.
Vergi Məcəlləsinin 190.4.1-3-cü maddəsinə əsasən, mühərrikinin həcmi 3.000 kubsantimetrdən çox olan avtomobillərin istehsal tarixi 3 ildən artıq olarsa, aksiz məbləği 5.600 manat + mühərrikin həcminin 3.001-4.000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 15 manat olmaqla hesablanır.
BƏNZƏR MƏQALƏLƏR
-
Nəzarət-kassa çeki ilə bağlı hansı hallarda maliyyə sanksiyası tətbiq edilir?
Nəzarət-kassa aparatlarının tətbiqi ilə bağlı qanun pozuntuları vergi ödəyicisi üçün maliyyə sanksiyası ilə nəticələnir. Mövzunu […]
-
Hüquqi şəxsin göstərdiyi aqrotexniki xidmətlərə ƏDV tətbiq edilirmi?
Meyvə-tərəvəz istehsalı ilə məşğul olan kəndli əkin sahəsinin dərmanlanması üçün ƏDV qeydiyyatında olan hüquqi şəxs […]
-
Satış məqsədilə idxal edilən malların saxlanıldığı yerə vergi orqanı tərəfindən baxış keçirilə bilərmi?
Vergi Məcəlləsinin 1 yanvar 2022-ci il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, həmin Məcəllənin 16.1.11-11-ci maddəsində […]