Avtobuslarda kondisionerlər niyə qoşulmur? – RƏSMİ CAVAB
Bakıda gündəlik avtobusdan istifadə vətəndaşlar yeni problemlə üzləşiblər. Belə ki, bir çox avtobusda sürücü ilə sərnişinlər arasında mübahisə yaranıb.
Economic.az xəbər verir ki, sərnişinlər sürücülərdən havanın isti olması və içəridə nəfəs almağın (maska ilə) ağırlaşması səbəbindən kondisionerləri yandırmağı tələb edib.
Amma sürücülər kondisionerlərin qoşulmadığı üçün işləmədiyini bildiriblər. Mövcud problemə aydınlıq gətirmək üçünBakı Nəqliyyat Agentliyinə (BNA) müraciət etdik. Qurumun Mətbuat xidmətinin rəhbəri Mayis Ağayev BAKU.WS-ə bildirdi ki, adətən sərinləndirmə sistemləri yay mövsümü başlayan zaman yəni 15 iyundan işə salınır:
“Amma buna qədər havanın tempuratur göstəriciləri nəzərə alınmaqla işə salınması mümkündür. Əvvəlki illərdə belə bir təcrübə olub. İndiki halda isə məlum olduğu kimi bir neçə müddətdir, havalar sərin keçir. Belə olan halda pəncərələri açıq saxlamaqla havalandırmanı təmin etmək mümkündür.
Həmçinin əgər qeyd edildiyi kimi sərnişinlərimizi narahat edən məqam varsa, buna uyğun qərar qəbul ediləcək. Avtobuslardakı sərinləndirmə və isitmə sistemləri sərnişinlərimizin rahatlığı üçündür. Buna zərurət olacaqsa, işə salınacaq”.
BƏNZƏR MƏQALƏLƏR
-
Heydər Əliyev prospektində YENİLİK – VİDEO
Bakı Nəqliyyat Agentliyinin təklifinə uyğun olaraq Heydər Əliyev prospekti əsas yolun “Bağırov” körpüsü kimi tanınan […]
-
“Fərqlənmə nişanı”nın verilməsi proseduru sadələşdirildi
Avtomobil nəqliyyatı ilə daşımalara dair prosedur qaydalarının təkmilləşdirilməsi məqsədilə fərqlənmə nişanlarının verilməsi ilə bağlı müvafiq […]
-
Hava Limanı – “28 May” ekspress marşrut xətti üzrə sərnişindaşımalar bərpa edilir
İyunun 7-dən H1 Hava limanı – “28 May” ekspress marşrut xətti üzrə sərnişindaşımaları bərpa ediləcək. […]