MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

Avstraliya

Avstraliyada təhlükəsizlik üzrə yeni nazirlik yaradılır

Avstraliyanın Baş naziri Malkolm Ternbull təhlükəsizlik məsələləri ilə məşğul olacaq yeni Daxili İşlər Nazirliyinin yaradılması barədə qərar qəbul edildiyini bildirib.

Baş nazir deyib: “Dəyişikliklər mərhələlərlə həyata keçiriləcək və yeni nazirliyin yaradılması gələn ilin birinci yarısında başa çatdırılacaq”. Malkolm Ternbull əlavə edib ki, yeni nazirliyin yaradılması işini immiqrasiya və sərhəd mühafizəsi naziri Piter Dattona həvalə edib.

Yeni yaradılacaq Daxili İşlər Nazirliyinin tərkibinə Miqrasiya və Sərhəd Nəzarəti Xidməti, Federal Polis, Təhlükəsizlik və Kəşfiyyat Xidməti, Maliyyə Kəşfiyyatı üzrə Milli Xidmət, digər hüquq-mühafizə və xüsusi xidmət orqanları daxil ediləcək. Baş nazir bildirib ki, bu qurumların hamısı öz strukturunu saxlayacaq və nazir onların fəaliyyətini əlaqələndirmə funksiyasını yerinə yetirəcək.

Qərarın qəbulunu şərh edən Baş nazir deyib: “İslahatlar bizim sistemin sıradan çıxmasına görə aparılmır və bu, heç də belə deyil. Bunu təhlükəsizlik sahəsində sürətlə dəyişən reallıqlar tələb edir. Müasir çağırışlara daha uğurlu cavab vermək üçün səmərəli strukturlara ehtiyac var”.

Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top