MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

5f1abb90460a0_1595586555471364300_1000x669

Avstraliya polisi ermənilərin Azərbaycan səfirliyinə qarşı növbəti təxribatının qarşısını alıb

Azərbaycanın Avstraliyadakı səfirliyinə qarşı ermənilərin növbəti təxribatının qarşısı Avstraliya Federal Polisi tərəfindən alınıb.
Economic.az AZƏRTACa istinadən xəbər verir ki, iyulun 24-də erməni icmasının nümayəndələri radikal ənənələrini davam etdirərək Azərbaycanın Avstraliya İttifaqındakı səfirliyi önündə aksiya keçiriblər. “Erməni Gənclər Federasiyası” hər zaman olduğu kimi qeyri-konstruktiv çağırışları və plakatları ilə yalan məlumatlar yaymağa çalışıblar.
Radikal ermənilərin son günlər xaricdəki Azərbaycan diplomatik missiyalarına və icmasına qarşı vəhşiliklərindən və vandal hərəkətlərindən məlumatlı olan Avstraliyanın hüquq-mühafizə orqanları mümkün təxribatların qarşısını almaq üçün müvafiq tədbirlər görüb, səfirliyin inzibati binasının önündə canlı kardon təşkil edib.
Xatırladaq ki, bundan bir neçə gün əvvəl iyulun 18-də yerli vaxtla səhər 6:50 radələrində bir qrup naməlum şəxs qanunsuz olaraq səfirliyin inzibati binasının ərazisinə daxil olaraq, təxribatçı əməllərə yol verib. Təxribatçılar sonradan öz hiyləgər və barbar “şücaətlərini” sosial media hesablarında paylaşmış və həmmillətlərini Azərbaycan səfirliyinə qarşı təxribatçı əməllərə təşviq edib, hətta bəziləri səfirliyin binasını yandırmağa belə çağırmaqdan çəkinməyib.
Qeyd olunan təxribatçı əməl barədə Avstraliya Federal Polisi tərəfindən müvafiq təhqiqat aparılaraq zəruri tədbirlər görülüb.
Azərbaycanın Avstraliyadakı səfirliyinə qarşı ermənilərin mümkün təxribatlarının qarşısı Avstraliya Federal Polisi tərəfindən qətiyyətlə alınıb.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top