MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

Turist

Avropada səyahətə icazə verilən ölkələrin siyahısı yeniləndi

Avropa İttifaqı (Aİ) Şurası ölkələrinə qeyri-vacib səyahət üçün müraciət edilən və məhdudiyyətlərin mərhələli şəkildə aradan qaldırılmasının tövsiyə edildiyi ölkələrin siyahısını yenilənib.

Ən son yeniləmə ilə Aİ ölkələri Argentina, Avstraliya, Bəhreyn, Kanada, Çili, Kolumbiya, İordaniya, Küveyt, Namibiya, Yeni Zelandiya, Peru, Qətər, Ruanda, Səudiyyə Ərəbistanı, Cənubi Koreya, Birləşmiş Ərəb Əmirliklərinə və Uruqvaydan səyahət məhdudiyyətlərini qaldıra biləcəklər.

Aİ ölkələri öz vətəndaşlarının səyahət etməsinə icazə verərsə, Çinlə sərhədlər də açıq saxlaya bilər.

Yenilənmə ilə siyahıya yeni ölkə əlavə olunandan əvvəl, daha əvvəl siyahıda olan Ukrayna və Sinqapur siyahıdan çıxarılıb.

Aİ-nin siyahısı üzv dövlətlər üçün məsləhət xarakteri daşıyır və məcburi deyil. Sözügedən siyahı iki həftədən bir yenilənir.

Siyahıdakı ölkələrin Aİ-yə turist səyahətinə icazə verilsə də, sərnişinlərə test və karantin kimi bəzi əlavə tədbirlər tətbiq oluna bilər.

Siyahıya daxil olmayan ölkələrə Aİ ölkələrinin səyahət məhdudiyyətləri davam edir.

Qeyd edək ki, Aİ 2020-ci ilin mart ayında epidemiyanın yayılmasının qarşısını almaq üçün qeyri-vacib səyahətlərə məhdudiyyətlər qoymağa qərar verib.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top