
Avropada salmonella panikası: Bazardan Kinder sürprizləri yığışdırılır
Böyük Britaniyada 60-dan çox uşaq “Kinder Surprise” adlı yumurta formalı şokoladlardan salmonella xəstəliyinə yoluxub. Böyük Britaniyada müəyyən ölçülərdə və qablaşdırmada olan Kinder Surprise məhsullarının geri çağırılması qərara alınıb.
Economic.az xarici mənbələrə istinadən bildirir ki, İngiltərə Qida Standartları Agentliyi (FSA) şokolad şirkəti Ferrero-nun epidemiya ilə bağlı araşdırmaların davam etdiyi üçün ehtiyat tədbiri olaraq bəzi yumurta partiyalarını geri çağırdığını açıqladı. Bildirilib ki, geri çağırılma “salmonella epidemiyası ilə mümkün əlaqə” ilə əlaqədardır.
Təsirə məruz qalan məhsulların son istifadə tarixi 11 iyul 2022-ci il və 7 oktyabr 2022-ci il tarixləri arasında olan 2 partiyanı əhatə edəcəyi açıqlandı.
“SON TARİXLƏRİNİ YOXLAMAQLA GERİ GÖNDƏRİN”
“Biz bilirik ki, bu məhsulların kiçik uşaqlar arasında populyar olduğunu, xüsusən də Pasxa bayramı yaxınlaşdıqca,” FSA rəsmisi Tina Potter deyib. “Valideynləri və uşaqların qəyyumlarını evlərindəki məhsulların geri çağırılmasının təsirinə məruz qalıb-qalmadığını yoxlamağa çağırırıq”. dedi.
Kinder Surprise istehsal edən Ferrero şirkəti də açıqlamasında son istifadə tarixləri keçən məhsulların yeyilməməsini və geri qaytarılmasını istəyib.
ÜMUMİ SAY 63…
İngiltərədə bundan ölən olmasa da, 63 halın çoxunun 5-6 yaş arası uşaqlar olduğu bildirilib.
İngiltərə ilə yanaşı İrlandiya, Fransa, Almaniya, İsveç və Hollandiyada da salmonella hadisələrinin olduğu və yumurtaların Belçikada istehsal edildiyi açıqlanıb.
Salmonellanın simptomlarına ishal, ürəkbulanma, qusma və qızdırma daxildir. Əksər hallarda simptomlar bir neçə gün ərzində yox olsa da, xüsusilə gənclər və immun sistemi zəif olan insanlar üçün zaman zaman xəstəxanaya yerləşdirmə tələb oluna bilər.
BƏNZƏR MƏQALƏLƏR
Türkiyə 42 milyon turist qəbul etmək istəyir
Türkiyə bu il 42 milyon turist qəbul etməyi planlaşdırır. Belə olacağı təqdirdə turizm gəlirlərinin 35 […]
“Google” xəbərlər üçün saytlara pul ödəyəcək
“Google” Almaniya, Fransa və Aİ-nin digər dörd ölkəsindəki 300-dən çox yayımçıya xəbərlərə görə ödənişlər etmək […]
Bu avtomobil şirkəti istehsalı dayandırır
“Volvo Cars” avtomobil şirkəti İsveçdəki Torslanda zavodunda istehsalı dayandırır. İstehsalın dayandırılmasına komponentlərin çatışmazlığı səbəb olub. […]