MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

birja

Avropada mart ayında inflyasiya 1.2 % artıb

Cümə günü Avropa fond bazarlarında qiymətlərdə güclü artım müşahidə edilməyib. Avropanın EuroStoxx indeksi gün ərzində yalnız 0.49% bahalaşa bilib.

Avropanın statistika mərkəzinin cümə axşamı açıqladığı məlumatda, Avrozonanın inflyasiya səviyyəsinin mart ayında proqnozlaşdırıldığı kimi 1.2% artması göstərilib. Bu artım isə illik göstəricinin mənfi səviyyədən uzaqlaşmasına səbəb olub. Belə ki, Avrozonanın illik göstəricisi mart ayında mənfi 0.1%-dən 0.0%-ə kimi yüksəlib. Eyni zamanda, İsveçrədə istehsal qiymətlərinin azalması da mart ayında dayanıb və İtaliyada istehlak qiymətləri mart ayında 2.1% bahalaşıb.

İngiltərə Mərkəzi Bankı da gözlənildiyi kimi, faiz dərəcəsi qərarında dəyişiklik etmədi və QE proqramını da hər ay olduğu kimi, 375 milyard funt sterlinq səviyyəsində saxladı.

Avropa iqtisadiyyatı ilə bağlı məlumatların müsbət açıqlanmasına baxmayaraq, investorların ABŞ üzrə açıqlanan məlumatları da yaxından izlədiklərinin və məlumatların açıqlanmasına kimi ehtiyatlı mövqeylərinin şahidi olduq. Bu gün Bakı vaxtı ilə saat 16:30-da yayımlanan, ABŞ-ın inflyasiya göstəricisi üzrə məlumatlar da artıq açıqlanıb. Məlumatlarda analitiklərin gözləntiləri özünü doğrultmayıb və dollar dünya birjalarında iki gün davam edən bahalaşmasından sonra yenidən ucuzlaşmağa başlayıb.

Almaniyanın DAX indeksi 0.50%, Fransanın CAC indeksi 0.19%, İtaliyanın FTSE MIB indeksi 0.51%, İsveçrənin SMI indeksi 0.97%, və Böyük Britaniyanın FTSE indeksi isə cümə axşamı 0.14% bahalaşıb.

 

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top