MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

UEFA

Avropa Liqasında 1/16 finalın bütün iştirakçıları

Futbol üzrə Avropa Liqasında qrup mərhələsinə yekun vuruldu.

Son turun qarşılaşmalarının ardından növbəti mərhələyə vəsiqə qazanan bütün kollektivlərin adına aydınlıq gəldi.

Qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirinin pley-off mərhələsinə yüksələn 24 kollektiv aşağıdakılardı:

“Sevilya”, “Vilyarreal”, “Betis” (hamısı İspaniya), “Arsenal”, “Çelsi” (hər ikisi İngiltərə), “Ayntraxt”, “Bayer” (hər ikisi Almaniya), “Rapid”, “Zalsburq” (hər ikisi Avstriya), “Krasnodar”, “Zenit” (hər ikisi Rusiya), “Sürix” (İsveçrə), “Seltik” (Şotlandiya), “Slaviya” (Praqa, Çexiya), “Dinamo” (Zaqreb, Xorvatiya), “Fənərbaxça” (Türkiyə), “Sportinq” (Portuqaliya), “Olimpiakos” (Yunanıstan), “Latsio” (İtaliya), “Genk” (Belçika), “Malmö” (İsveç), “Dinamo” (Kiyev, Ukrayna), “Renn” (Fransa), BATE (Belarus).

Bu 24 kollektivdən əlavə Avroliqanın 1/16 final mərhələsində daha 8 klub mübarizə aparacaq. Bunlar UEFA Çempionlar Liqasının qrup mərhələsini 3-cü pillədə başa vurmuş kollektivlərdi: “İnter”, “Napoli” (hər ikisi İtaliya), “Valensiya” (İspaniya), “Qalatasaray” (Türkiyə), “Benfika” (Portuqaliya), “Şaxtyor” (Donetsk, Ukrayna), “Brügge” (Belçika), “Viktoriya” (Çexiya).

Avroliqada 1/16 final mərhələsinin püşkü dekabrın 17-də atılacaq.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top