Avropa Liqası: “Zirə” cütün ilk oyununda “Şerif”ə qalib gəlib YENİLƏNİB 4 – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Avropa Liqası: “Zirə” cütün ilk oyununda “Şerif”ə qalib gəlib YENİLƏNİB 4

Bakı, 11 iyul, AZƏRTAC

UEFA Avropa Liqasının I təsnifat mərhələsində üz-üzə gələn Moldovanın “Şerif” və Azərbaycanın “Zirə” komandaları arasındakı ilk oyun başa çatıb.

AZƏRTAC xəbər verir ki, Tiraspol şəhərində keçirilən görüş “Zirə”nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda yeganə qolu 88-ci dəqiqədə Davit Volkov vurub.

Komandalar arasında cavab qarşılaşması iyulun 18-də Bakıda olacaq.

22:55

UEFA Avropa Liqasının I təsnifat mərhələsində üz-üzə gələn Moldovanın “Şerif” və Azərbaycanın “Zirə” komandaları arasındakı oyunda hesab açılıb.

AZƏRTAC xəbər verir ki, Tiraspol şəhərində keçirilən görüşün 88-ci dəqiqəsində Davit Volkov komandamızı önə keçirib.

Matçı isveçrəli referi Alessandro Dudiç idarə edir.

22:09

UEFA Avropa Liqasının I təsnifat mərhələsində üz-üzə gələn Moldovanın “Şerif” və Azərbaycanın “Zirə” komandaları arasındakı oyunda ikinci hissə başlayıb.

AZƏRTAC xəbər verir ki, Tiraspol şəhərində keçirilən görüşün ilk yarısından sonra qapılara qol vurulmayıb.

Matçı isveçrəli referi Alessandro Dudiç idarə edir.

21:54

UEFA Avropa Liqasının I təsnifat mərhələsində üz-üzə gələn Moldovanın “Şerif” və Azərbaycanın “Zirə” komandaları arasındakı oyunun ilk hissəsi başa çatıb.

AZƏRTAC xəbər verir ki, komandalar Tiraspol şəhərində keçirilən görüşdə fasiləyə qolsuz heç-heçə ilə yollanıb.

Matçı isveçrəli referi Alessandro Dudiç idarə edir.

21:01

UEFA Avropa Liqasının I təsnifat mərhələsində üz-üzə gələn Moldovanın “Şerif” və Azərbaycanın “Zirə” komandaları arasındakı oyun başlayıb.

AZƏRTAC xəbər verir ki, Tiraspol şəhərindəki görüş Bakı vaxtı ilə saat 21:00-da start götürüb.

Matçı isveçrəli referi Alessandro Dudiç idarə edir.

 

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top