Avropa Kuboku: Azərbaycanın kişi basketbol millisi təsnifat mərhələsində finala vəsiqə qazanıb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Avropa Kuboku: Azərbaycanın kişi basketbol millisi təsnifat mərhələsində finala vəsiqə qazanıb

Bakı, 9 iyun, AZƏRTAC

Azərbaycanın kişilərdən ibarət 3×3 basketbol millisi Avropa Kubokunun təsnifat mərhələsində yarımfinal oyununa çıxıb.

AZƏRTAC xəbər verir ki, Kosovonun paytaxtı Priştina şəhərində təşkil olunan mərhələdə kişi yığmamız İrlandiya seçməsi ilə üz-üzə gəlib.

Rəqibini 21:12 hesabı ilə üstələyən milli komanda finala vəsiqə qazanıb.

Azərbaycan kollektivinin həlledici mərhələdəki rəqibi Kipr yığması olacaq. Final qarşılaşması Bakı vaxtı ilə saat 22:15-də start götürəcək.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top