Avropa çempionatı: Minifutbol üzrə Azərbaycan millisi 1/4 finalda mübarizəni dayandırıb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Avropa çempionatı: Minifutbol üzrə Azərbaycan millisi 1/4 finalda mübarizəni dayandırıb

Bakı, 6 iyun, AZƏRTAC

Minifutbol üzrə Azərbaycan millisi Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Avropa çempionatında mübarizəni dayandırıb.

AZƏRTAC xəbər verir ki, 1/4 finalda Qazaxıstanla qarşılaşan yığma məğlub olub. Görüşün əsas vaxtında hesab açılmadığından qalibi müəyyən etmək üçün penalti zərbələrinə ehtiyac duyulub. Burada daha dəqiq olan rəqib (7:6) yarımfinala çıxıb.

Qeyd edək ki, Azərbaycan yığması qrup mərhələsində keçirdiyi bütün matçlarda qələbə qazanıb. Komanda Belçikanı 3:0, İtaliyanı 2:1, Fransanı 3:1 hesabı ilə məğlub edib. 1/8 finalda isə Bolqarıstana qalib gəlib – 3:1.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top