Avropa çempionatı: Azərbaycan basketbol millisi qrup mərhələsini məğlubiyyətsiz başa vurub – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Avropa çempionatı: Azərbaycan basketbol millisi qrup mərhələsini məğlubiyyətsiz başa vurub

Bakı, 11 iyul, AZƏRTAC

Azərbaycanın 16 yaşadək qızlardan ibarət basketbol yığması Avropa çempionatında növbəti oyununu keçirib.

AZƏRTAC xəbər verir ki, C divizionunda mübarizə aparan milli komanda A qrupunun sonuncu matçında Kiprlə üz-üzə gəlib. Görüş yığmamızın 68:45 hesablı qələbəsi ilə yekunlaşıb.

Daha əvvəl Ermənistan və Gürcüstan seçmələrinə qalib gələrək yarımfinala vəsiqəni təmin edən komandamız qrup mərhələsini məğlubiyyətsiz başa vurub.

Oğlanlardan ibarət komanda isə A qrupunda Malta ilə qarşılaşacaq. Görüşün start fiti bu gün Bakı vaxtı ilə saat 16:30-da səslənəcək. Tahir Baxşıyevin yetirmələri daha əvvəl ev sahibi Albaniyaya məğlub olub, Moldovaya isə qalib gəlib.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top