Avropa çempionatı: Azərbaycan basketbol millisi İrlandiyaya uduzub – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Avropa çempionatı: Azərbaycan basketbol millisi İrlandiyaya uduzub

Bakı, 14 iyul, AZƏRTAC

Azərbaycanın 20 yaşadək oğlanlardan ibarət basketbol millisi Avropa çempionatında növbəti oyununu keçirib.

AZƏRTAC xəbər verir ki, B divizionunun B qrupunda mübarizə aparan yığma üçüncü matçında İrlandiya ilə üz-üzə gəlib. Qarşılaşma rəqibin 61:58 hesablı qələbəsi ilə yekunlaşıb.

Milli komanda qrupun digər görüşlərində Portuqaliyaya 34:90, Böyük Britaniyaya isə 51:97 hesabı ilə məğlub olub.

Alberto Blankonun rəhbərlik etdiyi komandanın növbəti görüşü iyulun 17-də Niderlanda qarşı olacaq.

Qeyd edək ki, Rumıniyanın Piteşti şəhərində təşkil olunan Avropa çempionatı iyulun 21-dək davam edəcək.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top