Avropa birinciliyi: Azərbaycan ağırlıqqaldıranı üç medal qazanıb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Avropa birinciliyi: Azərbaycan ağırlıqqaldıranı üç medal qazanıb

Bakı, 18 iyun, AZƏRTAC

Azərbaycanın daha bir ağırlıqqaldıranı Yunanıstanın Saloniki şəhərində 15 və 17 yaşlı idmançılar arasında keçirilən ağırlıqqaldırma üzrə Avropa birinciliyində 3 medal qazanıb.

AZƏRTAC xəbər verir ki, bu gün körpücük üzərinə çıxan Elman Kurdanov yarışı iki gümüş, bir bürünc mükafatla başa vurub.

O, yaşı 15-ə qədər olan atletlər arasında 67 kiloqram çəki dərəcəsində qüvvəsini sınayıb.

Atlet birdən qaldırmada 100 kiloqramı ram edərək bu hərəkətdə Avropa üçüncüsü olub.

Təkanla qaldırmada 124 kiloqramı başı üzərinə qaldıran idmançı bu hərəkətdə gümüş medal əldə edib.

E.Kurdanov cəmi 224 kiloqram (100+124) nəticə ilə yekun sıralamada da gümüş medal qazanıb.

Qeyd edək ki, daha əvvəl bu yarışda Kamran Xappayev (61 kiloqram) üç qızıl, Malikə Biçekuyeva (55 kiloqram) isə iki bürünc medal əldə edib.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top