
“Avropa Bank Federasiyasının assosiativ üzvlərinin 47-ci iclası” Bakıda keçiriləcək
Azərbaycan Banklar Assosiasiyasının (ABA) Prezidenti Zakir Nuriyev və İcraçı direktor Yunus Abdulov Avropa Bank Federasiyasının (ABF) dəvəti ilə “Avropa Bank Federasiyasının assosiativ üzvlərinin 47-ci iclası”nda, həmçinin “Avropada Rəqəmsal Maliyyə – 2018” konfransında və “İnkişafın Maliyyələşdirilməsi” adlı Avropa Bankçılıq Sammitində iştirak ediblər.
Economic-ə verilən məlumata görə, “ABF-nin assosiativ üzvlərinin 47-ci iclası”nda ABF üzvləri bank və maliyyə sektoru barədə fikirlərini bölüşüb, Avropa Birliyinə üzv ölkələrin ümumi iqtisadi vəziyyəti və gələcək inkişaf perspektivləri , Avropada bankçılığın cari vəziyyəti, qarşıdakı layihələr, Federasiyanın fəaliyyətindəki yeniliklər və gələcək planlar, eləcə də Federasiyanın üzvlərlə birgə həyata keçirdiyi “Maliyyə Savadlığı” layihəsi ilə əlaqədar məsələlər barədə geniş müzakirələr aparılıb.
ABA-nın İcraçı direktoru Yunus Abdulov “ABF-nin assosiativ üzvlərinin 47-ci iclası”nda Azərbaycan iqtisadiyyatı, maliyyə bank sektorunun cari vəziyyəti, qarşıdakı çağırışlar, bank və maliyyə sektorunda son dövrlər həyata keçirilən islahatlar barədə çıxış edərək iclas iştirakçılarını məlumatlandırıb.
İclasın sonunda ABF-nin 48-ci iclasının Bakıda keçirilməsi qərara alınıb.
“Avropada Rəqəmsal Maliyyə – 2018” konfransında rəqəmsal transformasiya, texnologiya və innovasiyalardan, əsas mövzusu inkişafın maliyyələşdirilməsi olan Avropa Bankçılıq Sammitində isə iqtisadiyyatın maliyyələşdirilməsində bankların rolu – biznes və ev təsərrüfatları, Avropanın iqtisadi durumu, maliyyə problemləri və imkanlardan bəhs edilib.
Qeyd edək ki, Avropa Bank Federasiyası Avropada bank sektorunun səsi olmaqla Avropanın 32 milli bank assosiasiyasını birləşdirir, bu assosiasiyalar Avropada ümumilikdə 4500 avropa banklarını, 2.5 milyon bank əməkdaşını təmsil edir. ABA 2008-ci ilin fevral ayından Avropa Bank Federasiyasının (ABF) assosiativ üzvüdür.
BƏNZƏR MƏQALƏLƏR
Kapital Bank və “Qırmızı Ürəklər” şəhidlərin xatirəsinə ağac əkdilər
ECONOMİC: Kapital Bank və “Qırmızı Ürəklər” (“Red Hearts”) Xeyriyyə Fondu birinci və ikinci Qarabağ müharibəsi […]
Azərbaycan bankları üçün BAFT tərəfindən beynəlxalq seminar keçirilib
Kapital Bank və Amerika Banklar Assosiasiyasının (American Bankers Association) törəməsi olan BAFT (The Bankers Association […]
Kapital Bank ölkə bankları arasında ən yüksək reytinq aldı
ECONOMİC: Moody’s Investor Service Beynəlxalq Reytinq Agentliyi növbəti qiymətləndirmənin yekunu olaraq Kapital Bank-ın reytinqini təsdiq […]