
“Avromed” şirkəti cəbhəyanı əraziləri tibbi maska ilə təmin edib
Ordumuzun genişmiqyaslı əks-hücum əməliyyatlarının davam etdiyi bir vaxtda cəbhəyanı bölgədə fəaliyyət göstərənlərin pandemiya təhlükəsinə qarşı tədbirli olması çox vacibdir. Bunu nəzərə alan “Avromed” şirkəti cəbhəyanı ərazilərə 10 000 ədəd tibbi maska göndərib.
Qeyd edək ki, təmas xəttində yerləşən yaşayış məntəqələrinin dərman təchizatında heç bir çətinlik yaşanmaması üçün “Avromed” şirkəti cəbhəyanı bölgələrdə dərman vasitələrinin təminatına nəzərat edir.
Gücləndirilmiş rejimdə fəaliyyət göstərən Qərargah yaradan şirkət bundan sonra da cəbhəyanı bölgələrə operativ şəkildə kömək etməyə hazır olduğunu bildirib.
“Avromed” QSC Azərbaycan xalqımıza möhkəm cansağlığı və daha böyük zəfərlər diləyir!
BƏNZƏR MƏQALƏLƏR
Aprelin 19-dək ölkə ərazisində ictimai nəqliyyat işləməyəcək
Bu gündən aprelin 19-u saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb. Economic.Az bildirir […]
Elektron ticarət qaydasında xaricə ödənilən məbləğlərə ƏDV-nin tətbiqi barədə
ECONOMİC: Son günlər sosial şəbəkələrdə bəzi şəxslərin kartlarından böyük məbləğdə vəsaitin tutulmasına dair bildirişlər aldığı […]
Bakıda və regionlarda istilik təchizatı dayandırılacaq
Economic.az xəbər verir ki, bu gündən “Azəristiliktəchizat” ASC həm Bakıda, həm də regionlarda istilik təchizatını […]