Avro 2024: Şotlandiya – İsveçrə matçında qalib müəyyənləşməyib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Avro 2024: Şotlandiya – İsveçrə matçında qalib müəyyənləşməyib

Bakı, 20 iyun, AZƏRTAC

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında qrup mərhələsinin II turunda növbəti oyun keçirilib.

AZƏRTAC xəbər verir ki, A qrupunun ikinci görüşündə Şotlandiya və İsveçrə yığmaları üz-üzə gəlib. Matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Şotlandiya seçməsində Skott Mktominay, İsveçrənin heyətində isə Cerdan Şakiri fərqləniblər.

Bu nəticədən sonra xallarını 4-ə çatdıran İsveçrə millisi ikinci pillədə qərarlaşıb. Turnir cədvəlinə isə 6 xalla Almaniya başçılıq edir.

Qeyd edək ki, Avropa çempionatına iyulun 14-də yekun vurulacaq.

 

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top