Avro 2024: Niderland – Fransa oyununda qapılara qol vurulmayıb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Avro 2024: Niderland – Fransa oyununda qapılara qol vurulmayıb

Bakı, 22 iyun, AZƏRTAC

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında qrup mərhələsinin II turunda növbəti oyun keçirilib.

AZƏRTAC xəbər verir ki, D qrupunun ikinci matçında Niderland və Fransa yığmaları üz-üzə gəliblər. Görüş qolsuz heç-heçə ilə başa çatıb. Qrupun digər oyununda isə Avstriya Polşanı 3:1 hesabı ilə məğlub edib.

Hazırda Fransa seçməsi 4 xalla turnir cədvəlinə başçılıq edir. Eyni xala malik Niderland isə ikinci pillədə qərarlaşıb. Qeyd edək ki, Avropa çempionatına iyulun 14-də yekun vurulacaq.

 

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top