Avro-2024: İngiltərə millisi Danimarka komandası ilə bacarmayıb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Avro-2024: İngiltərə millisi Danimarka komandası ilə bacarmayıb

Bakı, 20 iyun, AZƏRTAC

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında qrup mərhələsinin II turunda növbəti oyun keçirilib.

AZƏRTAC xəbər verir ki, C qrupunun ikinci oyununda Danimarka və İngiltərə yığmaları üz-üzə gəlib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Hesabı 18-ci dəqiqədə ingilislərin heyətində Harri Keyn açıb. Danimarkanın heyətində isə 34-cü dəqiqədə Morten Hyulmand fərqlənib.

Qrupun ilk oyunu olan Sloveniya – Serbiya görüşü də bərabərliklə başa çatıb – 1:1.

Günə B qrupunda reallaşacaq İspaniya – İtaliya oyunu ilə yekun vurulacaq. Matç 23:00-da start götürəcək.

Qeyd edək ki, Avropa çempionatına iyulun 14-də yekun vurulacaq.

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top