Avro-2024: Almaniya millisi inamlı qələbə ilə 1/4 finala yüksəlib
Bakı, 30 iyun, AZƏRTAC
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında 1/4 finalın daha bir iştirakçısı bəlli olub.
AZƏRTAC xəbər verir ki, 1/8 finalda Danimarka millisinə 2 cavabsız qolla qalib gələn ev sahibi ölkənin yığması növbəti mərhələyə adlayıb.
Matçda hər iki qol ikinci hissədə vurulub. 53-cü dəqiqədə Kay Haverts penaltini dəqiq yerinə yetirib. 68-ci dəqiqədə isə Camal Musiala rəqib qapıçı ilə üzbəüz dueldən qalib ayrılıb.
Almaniya millisi 1/4 finalda İspaniya – Gürcüstan cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, daha əvvəl İsveçrə yığması İtaliyanı 2:0 hesabı ilə məğlub edərək 1/4 finala vəsiqə qazanıb.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]