
Avqust ayı üzrə bank sektorunun icmal göstəriciləri açıqlanıb
Avqustun 31-nə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 28,127.1 milyon manat, kredit portfeli 11,905.5 milyon manat, cəmi öhdəlikləri isə 24,077.5 milyon manat təşkil edib.
Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətindən bildiriblər ki, sektorun balans kapitalı 4,049.6 milyon manat olub. Avqust ayı ərzində bank sektorunun aktivləri 0.7 faiz (196.4 milyon manat), öhdəlikləri 0.3 faiz (79.2 milyon manat), balans kapitalı isə 3 faiz (117.2 milyon manat) artıb. Bank sektorunda kredit aktivliyi davam edir. Avqust ayında bankların kredit portfeli 1.2 faiz (135.9 milyon manat) artıb. Ümumilikdə cari ilin əvvəli ilə müqayisədə kredit portfeli üzrə 5 faiz (567.9 milyon manat) artım olub.
Daha sabit maliyyələşmə mənbəyi hesab olunan əhalinin müddətli əmanətləri avqust ayı ərzində 0.2 faiz (13.8 milyon manat) artıb. Ümumilikdə isə cari ilin avqust ayında fiziki şəxslərin əmanətləri 0.4 faiz (28.6 milyon manat) azalaraq 7,939.9 milyon manat təşkil edib.
Bank sektoru cari ilin 8 ayı ərzində 441 milyon manat əməliyyat mənfəəti, 103.8 milyon manat xalis mənfəət generasiya edib.
Fəaliyyət göstərən 30 bankın filiallarının sayı 511, şöbələrinin sayı 143, ATM-lərin sayı 2 468 olub. Bütövlükdə, bank sektorunun işçi heyəti avqust ayı ərzində 0.4 faiz (61 nəfər) artaraq 16 min 936 nəfərə çatıb. Ümumilikdə, ilin əvvəlindən sektorda çalışanların sayı 4.7 faiz (765 nəfər) artıb.
Avqustun 31-nə bank sektorunun əsas göstəriciləri bank sektorunun icmal göstəricilərində öz əksini tapıb.
BƏNZƏR MƏQALƏLƏR
Kapital Bank Ordubad filialını da yenilədi
Kapital Bank müştəri xidmətinin inkişafı istiqamətində mütəmadi olaraq yeni layihələr həyata keçirir. 2019-ci ildən başlayaraq […]
Kapital Bank-la onlayn satışlar daha rahat və sərfəlidir
Cari ildə ölkədə xüsusi karantin rejiminin tətbiqi nəticəsində, müştərilərlə birbaşa təması minimuma endirmək məqsədilə bir […]
Xeyriyyəçiliklə məşğul olan “Qırmızı ürəklər”bayram ərəfəsində şəhid övladlarını sevindirdi
Məlumat verdiyimiz kimi, Kapital Bank-ın əməkdaşlarının təşəbbüsü ilə 1 il əvvəl yaradılan “Qırmızı ürəklər” (“RedHearts”) […]