MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

teyyare

Aviareyslər bərpa olunur? – İki şirkət Bakıdan uçuşları elan edib – Yenilənib – VİDEO

Macarıstanın “Wizzair” aviaşirkəti Bakıdan uçuşları elan edib.

Artıq şirkətin saytında biletlər satışa çıxarılıb. Hazırda təqdim olunan biletlər arasında ilk uçuş iyunun 19-na təyin olunub. Qeyd edək ki, Macarıstan iyunun 15-dən sonra Azərbaycanla sərhədləri açır və gediş-gəlişə start verir. Budapeştdən Bakıya ilk uçuş iyunun 18-də baş tutacaq. “Türk Hava Yolları” aviaşirkəti də Bakıdan iyunun 11-dən uçuşlara başlayır. Artıq bununla bağlı şirkətin saytında biletlər satışa çıxarılıb. İstanbuldan Bakıya ilk təyyarə isə iyunun 10-da uçacaq. Bu tarix üçün qiymətlər 200 avrodan başlayır. “Azərbaycan Hava Yolları” QSC nin mətbuat katibi Paşa Kəsəmənski ATV Xəbərə bildirdi ki, karantinlə əlaqədar olaraq iyunun 15-nə qədər hava sərhədləri də bağlıdır. Nazirlər Kabineti yanında Operativ qərargah tərəfindən həmin tarixdən sonra karantin rejimi ləğv olunarsa uçuşlar bərpa olunacaq. Müddət uzadılarsa uçuşlar da təxirə salınacaq.

 

Atv.az

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top