MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

Auditin aparılması və rəyin verilməsi – “JSM Financial Group”

“JSM Financial Group” MMC 2018-ci ildən fəaliyyət göstərir. Şirkətimizin əsas fəaliyyətinə ilkin qeydiyyat sənədlərinin toplanması, hüquqi şəxsin dövlət qeydiyyatından keçirilməsi, mühasibat uçotunun beynəlxalq standartlar üzrə maliyyə hesabatlarının hazırlanması, daxili auditin aparılması, vergi hesabatların qanunvericiliyə əsasən tərtibatı və təqdim edilməsi, kadr uçotu və dövlət orqanları ilə bağlı sənədlərin hazırlanması daxildir.

Fəaliyyətimizin digər əsas istiqamətlərindən biri də Audit rəyinin təqdim olunmasıdır. Rəy komandamızın peşəkar auditorları tərəfindən verilir.

AR Mülki Məcəlləsinin 91.4-cü bəndinə əsasən məhdud məhsuliyyətli cəmiyyətlər (bundan sonra MMC) illik maliyyə hesabatlarının düzgünlüyünün yoxlanılması üçün hər il müstəqil auditor cəlb edilməsi tələb olunur. Maddənin bu bəndinə əsasən bu cür auditor keçirilməsi ildə bir dəfə tələb olunur. AR İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinə əsasən Məcburi auditdən yayınma “Auditor xidməti haqqında” AR Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə – vəzifəli şəxslər 300 manatdan 600 manatadək məbləğdə, hüquqi şəxslər 1 500 manatdan 2 500 manatadək məbləğdə cərimə edilir.

Xatırladaq ki, maliyyə hesabatlarının dərc edilməsi üçün son tarix mayın 31-dir.

Öz peşəkar xidmətlərimizlə biznesinizə dəstək verməyə hər zaman hazırıq.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Leave a Reply

Your email address will not be published.

Top