MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

ATMU 1

ATMU-nun tələbə, məzun və əməkdaşları sağlamlıq imkanı məhdud gənclərin qonağı olublar

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Müzeyşünaslıq ixtisası üzrə təhsil alan ikinci kurs tələbələri, o cümlədən universitetin məzun və əməkdaşları 29 sentyabr 2018-ci il tarixində Ramanada yerləşən 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinə baş çəkiblər.

Economic-ə verilən məlumata görə, ziyarətçilər mərkəzin sakinləri ilə sağlamlıq imkanları məhdud gənclərin cəmiyyətə verdiyi töhfə, ölkədaxili və beynəlxalq arenada qazandıqları uğurlar haqqında fikir mübadiləsi aparıblar. Görüş əsnasında ali təhsil müəssisəsinin təmsilçiləri Azərbaycan Boccia İdman Federasiyasının baş katibi İlham Məhərrəmov və federasiyasının üzvləri ilə də görüşüblər. ATMU nümayəndələri idman növü haqqında ətraflı məlumatlandırılmaqla bərabər, adı çəkilən oyunda öz qüvvələrini sınayıblar.

1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzi sakinlərinin əl işləri ilə tanışlıqdan sonra Azərbaycan Turizm və Menecment Universiteti tələbələrinin hazırladıqları hədiyyələrin təqdim olunması ilə görüş başa çatıb.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top