ATMU-da iqtisadçı alim tələbələrə bank sektorunun hazırkı vəziyyətindən danışıb. – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

ATMU-da iqtisadçı alim tələbələrə bank sektorunun hazırkı vəziyyətindən danışıb.

Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) iqtisadiyyat kafedrasının və Maliyyə Bazarlarına Nəzarət Palatası Təlim və Maarifləndirmə Mərkəzinin birgə təşkilatçılığı ilə “Bank əməliyyatları, banklarda qanunvericilik və maliyyə nəzarət subyektlərinin funksiyaları” mövzusunda tədbir keçirilib. ATMU-dan “Economic”ə bildirilib ki, tədbirdə bu ali təhsil ocağının biznes idarəçiliyi fakültəsinin dekanı Anar Mirzəyev, iqtisadiyyat kafedrasının müdiri, dosent Vüqar Nəzərov iştirakçılara mövzunun aktuallığı barədə məlumat verib, banklarda əməliyyatların aparılması ilə bağlı qanunvericilik tələblərinin vacibliyini vurğulayıblar.

Tanınmış iqtisadçı alim Vüqar Bayramov təlimin mövzusu çərçivəsində bank sektorunun hazırkı vəziyyətindən danışıb. Bank əməliyyatları, qanunvericilik və maliyyə nəzarət subyektlərinin vəzifə və funksiyalarından danışan V.Bayramov təlim iştirakçılarının suallarını cavablandırıb.

Sonda təlimdə fəallığı ilə fərqlənənlərə sertifikatlar, ATMU rəhbərliyi tərəfindən isə təlimçi Vüqar Bayramova təşəkkürnamə təqdim olunub.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top