ATMU-da iqtisadçı alim tələbələrə bank sektorunun hazırkı vəziyyətindən danışıb.
Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) iqtisadiyyat kafedrasının və Maliyyə Bazarlarına Nəzarət Palatası Təlim və Maarifləndirmə Mərkəzinin birgə təşkilatçılığı ilə “Bank əməliyyatları, banklarda qanunvericilik və maliyyə nəzarət subyektlərinin funksiyaları” mövzusunda tədbir keçirilib. ATMU-dan “Economic”ə bildirilib ki, tədbirdə bu ali təhsil ocağının biznes idarəçiliyi fakültəsinin dekanı Anar Mirzəyev, iqtisadiyyat kafedrasının müdiri, dosent Vüqar Nəzərov iştirakçılara mövzunun aktuallığı barədə məlumat verib, banklarda əməliyyatların aparılması ilə bağlı qanunvericilik tələblərinin vacibliyini vurğulayıblar.
Tanınmış iqtisadçı alim Vüqar Bayramov təlimin mövzusu çərçivəsində bank sektorunun hazırkı vəziyyətindən danışıb. Bank əməliyyatları, qanunvericilik və maliyyə nəzarət subyektlərinin vəzifə və funksiyalarından danışan V.Bayramov təlim iştirakçılarının suallarını cavablandırıb.
Sonda təlimdə fəallığı ilə fərqlənənlərə sertifikatlar, ATMU rəhbərliyi tərəfindən isə təlimçi Vüqar Bayramova təşəkkürnamə təqdim olunub.
BƏNZƏR MƏQALƏLƏR
-
Coratda zibilliyə çevrilən beş əsrlik tariximiz… – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Sumqayıt şəhərinin Corat qəsəbəsindəki tarixi Hacı Məcid hamamı uzun […]
-
Rusiyaya işləmək üçün gedən azərbaycanlıların nəzərinə: Barmaq izi olmasa, telefon işlədə bilməyəcəklər
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Rusiya ərazisinə yollanan miqrantlar və əcnəbilər ancaq barmaq […]
-
AZAL maydan Qroznıya müntəzəm reyslərə başlayır
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Azərbaycanın milli aviadaşıyıcısı AZAL marşrut şəbəkəsini genişləndirməyə davam […]