
ATMU-da əmək yarmarkası keçirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) birgə təşkilatçılığı ilə əmək yarmarkası keçirilib.
Yarmarkada Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, ATMU-nun rektoru İlham Mədətov, Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımov və digər rəhbər şəxslər iştirak edib.
Yarmarka zamanı keçirilən görüşdə Universitet və Agentlik arasında səmərəli əməkdaşlığın qurulması, məzunların əmək bazarına çıxışını dəstəkləmək məqsədilə şəraitin yaradılması məsələləri, əmək yarmarkasının təşkilinin əhəmiyyəti və qarşıda duran başlıca vəzifələr müzakirə olunub.
Yarmarkaya ölkənin tanınmış 26 dövlət və özəl müəssisəsi tərəfindən ümumilikdə 410 boş iş yeri və təcrübə proqramları təqdim edilib.
Qeyd edək ki, əmək yarmarkasının keçirilməsində əsas məqsəd ATMU məzunlarının məşğulluq problemlərinin uğurlu həlli, savadlı, peşəkar və təcrübəli gənclərin ixtisas yönümlü karyerasının dəstəklənməsi, tələbələr üçün uyğun təcrübə imkanlarının yaradılmasının təmin edilməsidir.
BƏNZƏR MƏQALƏLƏR
Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq
14 may saat 08:00-dan 15 may saat 20:00-dək Nizami rayonu, Qara Qarayev prospektində (YAP-ın təşkilatının inzibati binasının önü) aparılacaq təmir işləri ilə […]
Şirkət avtomobillərində qəza zamanı ziyan necə ödəniləcək? – Detallar – VİDEO
Bəzi hallarda şirkət avtomobili ilə qəza törədən sürücülər, hüquqlarını bilmədiyindən ciddi problemlərlə üzrləşirlər. Onlardan biri […]
Bu gün Xarıbülbül festivalı başlayır
Bu gün Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada Mədəniyyət Nazirliyi, Heydər Əliyev Fondu və Şuşa Şəhəri […]