ATGA üzv qəbuluna start verdi - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

ATGA üzv qəbuluna start verdi

“Turizm sənayesinin təşkilatlanmasına dəstək əsas fəaliyyət istiqamətlərimizdən biridir”
Economic.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin Turizm sənayesi və layihələrlə iş sektorunun müdiri Günay Bayramova aprelin 27-də Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasına (Azerbaijan Tourist Guides Association – ATGA) üzvlüyə qəbulla bağlı tədbirdə çıxış edərkən bildirib.
Tədbirdə bələdçiliklə məşğul olan şəxslərin xüsusən SAHMAN layihəsində aktiv iştirak etdikləri və Agentliyin turizm üzrə dövlət-özəl əməkdaşlığının inkişaf etdirilməsində hər zaman maraqlı olduğu diqqətə çatdırılıb.
Üzvlüyə qəbul mexanizmlərinin açıqlanması tədbirində ATGA-nın fəaliyyət planları, turizm bələdçiliyi üzrə sertifikatlaşma qaydaları, eləcə də təşkilata üzvlüklə bağlı müraciətin formaları ətraflı şəkildə izah edilib.
Qurumun yeni istifadəyə verilmiş, Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən www.atga.az veb-saytındakı bölmələr və onlardan istifadə qaydaları haqda iştirakçılara məlumat verilib.
Bildirilib ki, ATGA-ya üzvlük daimi və tam olmaqla iki növdən ibarət olacaq. Daimi üzvlük rəsmi bələdçilik vəsiqəsi olmayan bələdçilər üçün, tam üzvlük isə Azərbaycan Turizm Bürosu tərəfindən verilmiş rəsmi bələdçilik vəsiqəsi olan şəxslər üçün keçərli olacaq. İlk bir il ödənişsiz olan üzvlüyə müraciət onlayn formada aparılacaq və bunun üçün təşkilatın veb-saytında yer alan “Bizə qoşulun” bölməsindən qeydiyyatdan keçmək tələb olunacaq.
Tədbir çərçivəsində iştirakçıların sualları spikerlər tərəfindən cavablandırılıb.
Qeyd edək ki, Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası 2019-cı ildə yaradılıb və iki il ərzində 190 turizm bələdçisinə təlimlər keçib.
Bakı, Şəki şəhərlərini, Zaqatala-Balakən, Gəncə-Qazax, Quba-Qusar bölgələrini əhatə edən təlimlər HOT (Turizm bələdçilərinin texniki peşə biliklərinin təkmilləşdirilməsi), Bakı üzrə bələdçilik, Qarabağın turizm potensialının ölçülməsi mövzuları üzrə təşkil olunub.
Bundan əlavə, ATGA pandemiya dövründəki çətinliklərlə əlaqədar müəyyən kriteriyalar üzrə 105 bələdçiyə maddi dəstək göstərib.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top