Astarada güllələnmə olub, bir nəfər ölüb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Astarada güllələnmə olub, bir nəfər ölüb

Astara, 29 iyun, AZƏRTAC

Astara rayonunda güllələnmə nəticəsində bir nəfər ölüb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Astara rayon Şüvi kənd sakini, 1983-cü il təvəllüdlü Bəşir Əli oğlu İsrafilov həmkəndlisini güllələyərək qətlə yetirib. Sonra o özünü öldürmək məqsədi ilə baş nahiyyəsinə atəş açıb. B.İsrafilov ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər.

Faktla bağlı araşdırma aparılır.

 

 

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top