“ASAN xidmət”in yeni siması – Mr.ASANT
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəxsi təşəbbüsü ilə yaradılan “ASAN xidmət” dövlət xidmətləri sahəsində brendə çevrilib. Şəffaflığın artırılması, korrupsiya hallarının qarşısının alınması, xidmət sahəsində trend innovasiyaların tətbiq edilməsində “ASAN xidmət” uğurlu yol xəritəsi tərtib edib.
Economic.az bildirir ki, bu yol xəritəsini özündə əks etdirən qarışqa fəlsəfəsi “ASAN xidmət”in maskotu üçün obraz seçilib. Qarışqa çalışqanlıq, zəhmətkeşlik, məsuliyyət, pozitivlik və komanda işini təcəssüm etdirir.
Maskotun adı Mr.ASANT kimi seçilib. Bu ad ASAN və ANT (ingilis dilindən tərcümədə – qarışqa) sözlərinin kombinə edilməsidir.
Qarışqalar heç vaxt təslim olmurlar, gələcək yönümlü planlar qurmaq, təkcə bu günü yox, sabahı düşünmək onlara xasdır.
Mr.ASANT maskotu məhz bu keyfiyyətləri özündə birləşdirən “ASAN xidmət”in yeni simasıdır. O, maarifləndirmə və məlumatlandırmada vasitəçi olacaq, vətəndaşlara köməklik edəcək, dost kimi yanlarında olacaq.
Məqsədimiz vətəndaşlara daha yaxın olmaq, maskotumuz vasitəsilə ASANla emosional bağlılığı artırmaqdır.
BƏNZƏR MƏQALƏLƏR
-
Bu tarixdə “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günü olacaq.
“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə! Novruz bayramı ilə əlaqədar 20-26 […]
-
“YAŞAT” Fondunun dəvəti ilə Türkiyə fondlarının rəhbərləri ölkəmizə gəliblər
Türkiyə Silahlı Qüvvələrinin nəzdində fəaliyyət göstərən fondların rəhbərlərindən ibarət nümayəndə heyəti “YAŞAT” Fondunun dəvəti ilə […]
-
“Rəqəmsal icra hakimiyyəti” layihəsi çərçivəsində rayonlarda maarifləndirmə işləri başlayıb
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı […]