MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

Azeri Qaz

ASAN xidmət mərkəzlərində 8108 müraciət öz həllini tapmışdır

Economic-in məlumata görə, 2016-cı ilin aprel ayında Bakı şəhərindəki 1, 2, 3, 4 və 5 saylı, eləcə də Bərdə, Sabirabad rayonlarındakı və Gəncə şəhərindəki ASAN xidmət mərkəzlərinə ümumilikdə 8108 müraciət daxil olmuşdur.Əsasən, “smart” tipli qaz sayğacları ilə təchiz olunmuş istehlakçılara xidmətlərin göstərilməsi, “Azəriqaz” İB-nin müvafiq strukturlarından tələb olunan məlumatların alınması, həmçinin qazlaşdırma ilə bağlı texniki şərtlərin verilməsi barədə edilmiş müraciətlərin hamısı həllini tapmışdır.

İstehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədilə Birlik bu istiqamətdə fəaliyyətini bundan sonra da davam etdirəcəkdir.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top