MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

Arzu Qafarlı: “Azərbaycanda Müştəri Məmnuniyyətindən danışanda, ilk ağlımıza Asan Xidmət gəlir”. FOTOLAR

“ASAN XİDMƏT”-in  təşkilatçılığı ilə təcrübəli biznes təlimçi, “Müştəri Məmnuniyyəti” kitabının müəllifi Arzu Qafarlı tərəfindən ASAN Könüllülərinə  “Mükəmməl Müştəri Məmnuniyyəti” mövzusunda təlim keçirilmişdir.

Canlı diskussiya şəraitində keçən təlimdə iştirakçılara nəzəri və praktiki biliklər, bacarıqlar  öyrədilmişdir. Həmçinin təlimdə “müştərilərlə mədəni davranmağın,  müştəri sədaqətinin necə təmin edilməsi, müştəri duyğularının idarə edilməsi, müştəri qazanma  yolları, müştəri  xidmətinin niyə önəmli olduğu və müştərinin nə istədiyi, müştəri xarakterləri, mükəmməl xidmətin əsas amilləri, satış işinin əsas prinsipləri, mükəmməl satıcının malik olduğu xüsusiyyətlər, müştəriləri qarşılama metodları, müştəri qarşılamada istifadə olunan danışıq dili və cümlələr, müştərilərin ehtiyaclarını hiss etmək bacarığı,  satış zamanı effektiv təsir etmək yolları, malın təqdim olunması, qiymətlərə olan etirazlara düzgün cavab vermə yolları, satışın nəticələndirilməsi, satış sonrası xidmət, müştəri etirazlarının səbəbləri və cavablandırma üsulları, malların geri qaytarılması və dəyişdirilməsi” və bu kimi  mövzulara toxunulmuşdur.

Təlimdə aktiv iştirak edən gənclərə Arzu Qafarlının “Müştəri Məmnuniyyəti” kitabı hədiyyə edilmişdir.

Qeyd edək ki, təlimdə 50 nəfər iştirak etmişdir.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Leave a Reply

Your email address will not be published.

Top