Artıq sahibkarlar sənədlərini banka onlayn göndərə bilərlər
ECONOMİC: Kapital Bank Müştəri Bank-da qeydiyyatdan keçən hüquqi şəxs və fərdi sahibkarlara yeni xidməti təqdim edir. Artıq sahibkarlar “Sənəd dövriyyəsi” funksiyası vasitəsilə məktub, ərizə, müraciət və tələb olunan digər sənədləri filiala gəlmədən, vaxt itirmədən, onlayn formada banka göndərə bilərlər.
Yeni imkanın özəlliyi sahibkarlara işin çox olduğu vaxtda, təcili sənədləşməni maneəsiz və heç yerə getmədən daha tez həll etməyə şərait yaradacaq. Sahibkarlar Müştəri Bank ilə bir sıra əməliyyatları onlayn həyata keçirə bilərlər.
Qeyd edək ki, Müştəri Bank vasitəsilə rahat və təhlükəsiz şəkildə bir sıra xidmətlərdən istifadə etmək mümkündür: təcili köçürmələr, büdcə ödənişləri, cari hesabın tam onlayn şəkildə açılması, əməkhaqqı layihəsinə qoşulma, əməkhaqqı kartlarına mədaxil, əməkhaqqı kartlarının sifarişi və çatdırılması biznes və sahibkar kartlarının sifarişi, ölkə daxili və ölkə xarici nağdsız köçürmələr, konvertasiya əməliyyatları, hesablara nəzarət, çıxarışların əldə edilməsi, sərəncamlar haqqında məlumat, onlayn kredit məhsulları sifarişi (overdraft, kredit, qarantiya, sürətli tender və s.) və s.
Müştəri Bank sisteminə qoşulmaq üçün https://cb.kapitalbank.az/login inkinə keçid etmək və ya (+99 412) 310 09 99 nömrəsi ilə əlaqə saxlamaq kifayətdir. Qeyd edək ki, Müştəri Bank sistemi vasitəsilə həyata keçirilən bütün köçürmələr zamanı 25%-dək güzəşt əldə etmək mümkündür.
BƏNZƏR MƏQALƏLƏR
-
Pulu nağdlaşdıran zaman komissiya haqqı ləğv oluna bilərmi – Ekspert rəyi
Milli Məclisdə bankomatlardan pulun nağdlaşdırılması zamanı tutulan komissiya haqqının ləğv olunması və ya az olması […]
-
Kapital Bank daha bir filialını istifadəyə verdi
Ölkənin ən geniş filial şəbəkəsinə malik olan Kapital Bank daha bir filialını istifadəyə verdi. Bu […]
-
Birbank Cashback kart sahibləri bonuslardan ayda 50 manat qazanırlar
Ölkənin ilk rəqəmsal bankı Birbank müştərilərinə bir sıra üstünlüklər verən pulsuz Birbank Cashback debet kartını […]