"Artıq Formula 1 yarışlarına 24 ölkədən biletlər alınıb" - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

“Artıq Formula 1 yarışlarına 24 ölkədən biletlər alınıb”

“Bakıda keçiriləcək növbəti Formula 1 yarışları üçün bilet satışları normal qaydada davam edir. Artıq 24 ölkədən yarışlara biletlər alınıb”. Bunu  Bakı Şəhər Halqasının Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib. N.Arpadarai bildirib ki, 2016-cı il dekabrın 1-dən 2017-ci il yanvarın 31-nə qədər bilet satışında endirim kampaniyasıdır:

“İndiki mərhələdə yarışlara 24 ölkədən bilet alınıb. Rusiyadan, Avropa ölkələrindən biletləri daha çox alırlar. Ərəb ölkələrindən də yarışlara maraq çox böyükdür. Hesab edirik ki, konsert proqramını elan edəndən sonra biletlər daha çox alınacaq”.

Şöbə rəhbəri qeyd edib ki, ötən illə müqayisədə bu il dünya ölkələrindən yarışa maraq daha böyükdür: “Çünki yarış keçən il Bakıda ilk dəfə keçirilirdi. Hazırda bilet satışı ötən ildəkindən daha çoxdur. Bu da bizi çox sevindirir”. N.Arpadarai vurğulayıb ki, bu dəfə də maraqlı konsert proqramı təşkil olunacaq, dünya ulduzları ölkəmizə dəvət olunacaqlar. N.Arpadarai Formula-1 yarışının keçirilməsi ilə bağlı bütün işlərin plana uyğun aparıldığını bildirib:

“Tikinti işlərinə mart ayından sonra başlanılacaq və mərhələli şəkildə həyata keçiriləcək. Könüllülərin cəlb olunması, təbliğat ilə bağlı işlər də plana uyğun olaraq davam etdirilir”.

Trend.az

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top