Arif Rəhimov: “Bakıda keçirilən “Formula-1″in Monako kimi məşhur olacağına ümid edirik” – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Arif Rəhimov: “Bakıda keçirilən “Formula-1″in Monako kimi məşhur olacağına ümid edirik”

“Formula-1” maşın sinfində avtomobil yarışları üzrə dünya çempionatının 2017-ci ildə keçiriləcək Azərbaycan mərhələsinin təşkilatçıları Bakı Qran-prisinin Monako kimi tanınmış olacağına ümid edirlər.

Bunu TASS-a mərhələnin promouteri Arif Rəhmov deyib.

Bakı bu mövsüm tarixində ilk dəfə olaraq “Formula-1″in Avropa Qran-prisi adlandırılan mərhələsini qəbul edib.

“Bu il Qran-priyə 100 milyondan çox insan baxdı, bu şəhərin necə gözəl olduğu onlayn gördü. Bu il bizə 4 mindən çox əcnəbi gəlib, növbəti dəfə, ümid edirik ki, gələnlərin sayı artacaq”, – deyə Arif Rəhimov bildirib.

“Ümid edirik ki, bizim mərhələ də Monako kimi tanınmış olacaq”, – deyə o əlavə edib.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top