Arıçılar üçün subsidiya verilməsi barədə qərar qəbul olunub - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Arıçılar üçün subsidiya verilməsi barədə qərar qəbul olunub

Kənd Təsərrüfatı Nazirliyində Respublika Komissiyasının sədri, kənd təsərrüfatı nazirinin müavini İlham Quliyevin sədrliyi ilə arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiyanın verilməsi üzrə Respublika Komissiyasının növbəti iclası keçirilib.

Economic“ə verilən məlumata görə, iclasda 26 rayon komissiyasından daxil olmuş sənədlərə baxılıb, 2189 arıçıya saxladıqları 4830 arı ailəsinə (pətəyə) görə dövlət büdcəsinin vəsaiti hesabına hər arı ailəsinə (pətəyə) 10 (on) manat hesabı ilə cəmi 480300 manat məbləğində subsidiyanın verilməsi barədə qərarlar qəbul edilib.

İclasda Azərbaycan Arıçılar Assosiasiyasının nümayəndələri də iştirak edib. Rayon (şəhər) komissiyalarından daxil olan sənədlərə baxılması məqsədilə yaradılmış işçi qrupuna Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri ilə yanaşı Azərbaycan Arıçılar Assosiasiyasının təmsilçiləri də daxildir.

Respublika Komissiyasının qərarı ilə subsidiya veriləcək arıçıların və onların arı ailələrinin (pətəklərinin) respublikanın rayonları və şəhərləri üzrə bölgüsü aşağıdakı  kimi olmuşdur:

 

  1. Abşeron- 20 nəfər, 807 arı ailəsi, 8070,0 manat
  2. Ağcabədi- 65 nəfər, 1027 arı ailəsi, 10270,0 manat
  3. Astara- 206 nəfər, 9708 arı ailəsi, 97080,0 manat
  4. Bərdə- 26 nəfər, 638 arı ailəsi, 6380,0 manat
  5. Füzuli- 121 nəfər, 1500 arı ailəsi, 15000,0 manat
  6. Goranboy- 74 nəfər, 1800 arı ailəsi, 18000,0 manat
  7. Gədəbəy- 342 nəfər, 4073 arı ailəsi, 40730,0 manat
  8. Hacıqabul- 8 nəfər, 449 arı ailəsi, 4490,0 manat
  9. İmişli – 2 nəfər, 100 arı ailəsi, 1000,0 manat
  10. İsmayıllı- 5 nəfər, 65 arı ailəsi, 650,0 manat
  11. Kürdəmir – 27 nəfər, 804 arı ailəsi, 8040,0 manat
  12. Qazax- 244 nəfər, 3600 arı ailəsi, 36000,0
  13. Qobustan- 81 nəfər, 1775 arı ailəsi, 17750,0 manat
  14. Qubadlı- 3 nəfər, 74 arı ailəsi, 740,0 manat
  15. Laçın – 43 nəfər, 523 arı ailəsi, 5230,0manat
  16. Lənkəran- 102 nəfər, 3665 arı ailəsi, 36650,0 manat
  17. Masallı – 171 nəfər, 2750 arı ailəsi, 27500,0 manat
  18. Oğuz- 39 nəfər, 750 arı ailəsi, 7500,0 manat
  19. Sabirabad- 2 nəfər, 80 arı ailəsi, 800,0 manat
  20. Samux – 72 nəfər, 1088 arı ailəsi, 10880,0 manat
  21. Samux-Gəncə- 3 nəfər, 100 arı ailəsi, 1000,0 manat
  22. Şabran- 33 nəfər, 988 arı ailəsi, 9880,0 manat
  23. Şamaxı- 238 nəfər, 6422 arı ailəsi, 64220,0 manat
  24. Şəmkir- 173 nəfər, 3361 arı ailəsi, 33610,0 manat
  25. Siyəzən- 73 nəfər, 1600 arı ailəsi, 16000,0 manat
  26. Salyan- 16 nəfər, 283 arı ailəsi, 2830,0 manat

 

__________________________________

 

Cəmi: 2189 nəfər / 48030 arı ailəsi / 480300 manat

 

Rayon (şəhər) üzrə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya veriləcək arıçıların siyahısı, onların saxladıqları arı ailəsinin (pətəyin) miqdarı və hesablanmış subsidiyanın məbləği barədə məlumatlar Nazirliyin rəsmi internet  səhifəsinin (http://agro.gov.az) “Subsidiyalar” bölməsində yerləşdiriləcək.

Bu günə qədər Respublika Komissiyasının keşirilmiş iclaslarında ölkə üzrə cəmi 4654 arıçiya 113815 arı ailəsinə (pətəyə) görə 1138,15 min manat məbləğində subsidiyanın ödənilməsinə dair qərar qəbul edilmişdir.

Hazırda arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslər tərəfindən saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiyanı almaq üçün rayon (şəhər) komissiyalarına müraciətlər daxil olmaqdadar. Rayon (şəhər) komissiyalarından zəruru sənədlər daxil olduqca, Respublika

Komissiyasının iclasında arıçılara hər arı ailəsinə (pətəyə) görə subsidiyanın verilməsi ilə bağlı həmin sənədlərə baxılacaq.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top