Argentinada cinayət məsuliyyəti yaşı 13-ə endirilə bilər
Bakı, 29 iyun, AZƏRTAC
Argentina Ədliyyə Nazirliyi cinayət məsuliyyəti yaşının 16-dan 13-ə endirilməsini nəzərdə tutan qanun layihəsini parlamentə göndərib.
AZƏRTAC xəbər verir ki, bu barədə nazirliyin bəyanatında deyilir.
Qanun layihəsi ədliyyə naziri Marina Cuneo Libarona və təhlükəsizlik naziri Patrisiya Bullrix tərəfindən dəstəklənib. Qanunun məqsədi azyaşlıların kütləvi şəkildə mütəşəkkil cinayətə cəlb olunması fonunda cəzasız qalmamalarıdır.
“İndiki gəncləri 40 il əvvəlki gənclərlə müqayisə etmək olmaz. Yeni qanun ölkəmizin rifahı üçün əsas problemlərdən biri olan yetkinlik yaşına çatmayanlar arasında cinayətkarlığın artması ilə mübarizə olacaq”, – deyə Ədliyyə Nazirliyindən bildirilib.
Qeyd olunur ki, 2023-cü ildə azyaşlılar 2,2 minə yaxın cinayət törədiblər.
BƏNZƏR MƏQALƏLƏR
-
Laçında daha 18 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB
Laçın, 11 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan […]
-
Tanınmış alimlər beynəlxalq layihə çərçivəsində elmi tədqiqatlarını təqdim ediblər
Bakı, 11 sentyabr, AZƏRTAC Avropa Elmi Tədqiqat Şurasının (European Research Council) dəstəklədiyi “Son neandertallar” layihəsinin […]
-
Dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir
Bakı, 11 sentyabr, AZƏRTAC Azərbaycanda sentyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər […]