Arda Turan məhkəməyə verildi: Barselonadakı evində təşkil olunan intim əyləncə məclisləri – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Məşhur türkiyəli keçmiş futbolçu və məşqçi Arda Turanın “Barselona”da oynadığı zaman yaşadığı evin sahibi gənc məşqçinin evə ziyan vurduğunu əsas gətirərək şikayət edib.
Məlumata görə, ev sahibi türkiyəli futbolçunun və yaxın ətrafının evə təxminən 230 000 avro (415 000 manatdan çox) dəyərində ziyan vurduğunu bildirib. Bununla bağlı Barselona Əyalət Məhkəməsinə iddia ərizəsi ilə müraciət edib.
Qeyd olunub ki, təxminən 18 milyon avro (33 milyon manata yaxın) dəyərində olan evə 230 min avro zərərin dəydiyi ekspert tərəfindən müəyyən edilib. Ev sahibi Arda Turanın evin təmizliyinə diqqət göstərmədiyini, Arda evdə olmadığı zamanlar dostlarının orada əyləncə məclisləri təşkil etdiyini deyib.
Ən böyük ziyanın da məhz bu məclislər zamanı dəydiyini bildirən ev sahibinin sözlərinə görə, evdəki pərdələrdən intim oyunlar zamanı istifadə edilib.
O, qeyd edib ki, Arda evdə olduğu zamanlarda da evin əşyalarına zərər verilib.
“Hər yerdə, hətta mebellərin üzərində siqaret izləri qalıb. Futbol izlədikləri zaman qolu kimin vurduğundan asılı olaraq televizorun pultunu hovuza atıblar. O pultun qiyməti 1000 avrodur!”, – deyə ev sahibi bildirib.
Mənbə: M.sporx.com
BƏNZƏR MƏQALƏLƏR
-
Antarktidanın sirləri üzə çıxdı: İnanılmaz kəşf
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Antarktidada aparılan son tədqiqatlar zamanı NASA mütəxəssisləri Cənub […]
-
“WhatsApp”da uzun müddətdir gözlənilən yeni FUNKSİYA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz “WhatsApp” tərtibatçıları lazımi söhbətlərin daha sürətli və rahat […]
-
“Qapı effekti”, yuxuda danışmaq, üzün qızartısı: İdarə edə bilmədiyimiz qabiliyyətlərimiz – ARAŞDIRMA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz Alimlər insan orqanizminin idarə edə bilmədiyi qabiliyyətlərini müəyyən […]