AQSİA Yaponiyadan olan təfdaşları ilə növbəti tədbirini keçirib – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

AQSİA Yaponiyadan olan təfdaşları ilə növbəti tədbirini keçirib

Tədbirdə AQSİA İdarə Heyətinin sədri Səkinə Babayeva, TET Beynəlxalq Əməkdaşlıq şirkətinin təsisçisi Taro Savada, Yaponiyanın “Organic Halal VKSARA” kosmetik brendinin sahibləri Yumiko Nakano, Riqia Nakano çıxış ediblər.

Bildirilib ki, bu əməkdaşlığın məqsədi ölkələr arasındakı iqtisadi əlaqələrin daha genişlənməsinə xidmət etməkdir. Daha sonra tədbir iştirakçıları qarşısında “Organic Halal VKSARA” kosmetik kremlərinin tanıtımı baş tutub.

Tanıtım mərasimində həmçinin xalq artisti Məleykə Əsədova, müğənni Siva, modelyer Fəxriyyə Xələfova və digər tanınmış simalar iştirak edib. Tədbirin sonunda xatirə şəkilləri çəkilib.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top