MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

AQSİA 8 Mart Qadınlar Günü ilə bağlı sərgi keçirir

7-8-9 Mart tarixində Park Bulvar Ticarət Mərkəzində Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının təşkilatçılığı ilə 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə “Əl Əməyi Göz Nuru” (45 saylı sərgi) adlı satış-sərgisi keçirir.

AQSİA-nın düzənlədiyi 45-ci satış-sərgidə dülgərlik inciləri və rəsm əsərləri, kəlağayılar, orijinal bijuteriya məhsulları, şamdan və sabundan suvenirlər, orqanik qida məhsulları, təkəlduz məhsulları, milli ornamentli xalçalar, toxuma məhsulları, dekorativ əl işləri təqdim olunacaq. Sərgi saat 10-00-dan 20-00-a qədər davam edəcək. Hər kəs sərgiyə dəvətlidir.

Ətraflı məlumat üçün aqsia.az portalına daxil ola bilərsiniz.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Leave a Reply

Your email address will not be published.

Top