AQRAR YÖNÜMLÜ İXTİSASLARI SEÇƏN ABİTURİYENTLƏRƏ ƏLAVƏ TƏQAÜD VERİLƏCƏK – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

AQRAR YÖNÜMLÜ İXTİSASLARI SEÇƏN ABİTURİYENTLƏRƏ ƏLAVƏ TƏQAÜD VERİLƏCƏK

ECONOMIC: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aqrar sahəyə və aqrar təhsilə diqqəti və qayğısı nəticəsində Azərbaycan Dövlət Aqrar Uni­ver­­si­tetinin maddi-texniki bazası ən müasir standartlara uyğun yenidən qurulub, iki tələbə evi gənclərin istifadəsinə verilib. Universitet müasir laboratoriyalar və avadanlıqlarla təchiz olunub.

Bu gün qeyri-neft sektoru olaraqaqrar sahənin inkişafı və bunun üçün bazarrə­qa­bət­li, innovativ, müasir düşüncə tərzinə malik kadr bazasının yaradılması döv­ləti­mi­zin əsas prioritetlərindəndir.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin göstərişi əsasında 500 və daha çox bal toplayan, kənd təsərrüfatı yönümlü torpaqşünaslıq və aqrokimya, aqronomluq, meşəçilik, zootexniklik,  balıqçılıq və balıqçılıq təsərrüfatı işi, aqromühəndislik,  meliorasiya və su təsərrüfatı,  tikintisi mühəndisliyi, şərabçılıq, bitki mühafizəsi, bağçılıq və tərəvəzçilik, su bioehtiyatları və akvabitkilər, ekologiya, baytarlıq və əczaçılıq ixtisaslarını seçən abituriyentlərə universitetin büdcədənkənar vəsaiti hesabına 200 (iki yüz) manat əlavə təqaüd veriləcək. Aqrar yönümlü ix­­tisasların hamısı dövlət sifarişlidir, yəni bütün təhsil xərcləri dövlət hesabınadır. Uni­versitet bundan əlavəabituriyentlərə yüksək təhsillə yanaşı müasir standartlara cavab verən yataqxanada vəd edir.

Əziz abitiriyentlər, aqrar təhsili seçin, kənd təsərrüfatımızın tərəqqisinə öz töhfənizi verin!

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Top