"AQRAR TƏDARÜK VƏ TƏCHİZAT" ASC-NIN İDARƏ HEYƏTİNİN SƏDRİ VƏZİFƏSİNİN İCRASI AQİL QULİYEVƏ TAPŞIRILIB - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

“AQRAR TƏDARÜK VƏ TƏCHİZAT” ASC-NIN İDARƏ HEYƏTİNİN SƏDRİ VƏZİFƏSİNİN İCRASI AQİL QULİYEVƏ TAPŞIRILIB

“Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri vəzifəsinin icrası Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Aqil Quliyevə tapşırılıb. Bu barədə “Economic“ə nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdir müavini Vüqar Hüseynov açıqlama verib.

Qeyd edək ki, Aqil Quliyev bundan əvvəl Kənd Təsərrüfatı Nazirliyinin daxili nəzarət və audit şöbəsinin müdiri olub. 2018-ci ilin sentyabr ayından isə KTN Aparatının rəhbəri vəzifəsində çalışır.

“Aqrar Tədarük və Təchizat” ASC Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 14 dekabr tarixli Fərmanı ilə yaradılıb. Bu qurum eyni Fərmanla ləğv edilən “Ərzaq məhsullarının təchizatı və tədarükü” ASC-nin hüquqi varisidir. Fərmana əsasən, “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədrini və üzvlərini kənd təsərrüfatı naziri təyin edir.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top