MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

Aqil Acalov

Aqil Acalov: “Azərbaycan idmanının inkişafı naminə fəaliyyət göstəririk və biz yalnız dövlətimizə və millətimizə güvənirik”.

Alpaqut Federasiyasının prezidenti Aqil Acalov bildirib ki, “çoxdandır ki, susurdum dinmirdim. Amma artıq səbr kasası doldu. Alpaqut Federasiyasının paxıllığını çəkənlərin, bizim ayağımızın altını qazmağa çalışanların, bizə əngəl yaratmaq istəyənlərin nəzərinə!!! Bizi ancaq və ancaq vətənini, millətini, dövlətini, adət-ənənəsini, törəsini sevməyən insanlar bizə qarşı təxribatlar edər, bizi sevməyə bilərlər. Hansı ki, biz Azərbaycanda yeganə Turan döyüş sənətini təbliğ edən, yeganə milli döyüş sənətini inkişah etdirən,türkçülük idealogiyasını yaşadan, Azərbaycan dövlətçiliyi üçün çalışan, Azərbaycançılıq naminə fəaliyyət göstərən və dəsti xəttini ancaq və ancaq vətənpərvərlik təşkil edən bir federasiyayıq”.

Aqil Acalov onuda qeyd edib ki, biz müqəddəs amal uğrunda çalışırıq. Bizim müqəddəsimiz vətən, millət, torpaq, bayraq, dövlətdir və düşünürəm ki, bizə mane törətmək istəyən,bizə qarşı qara piyar kompaniyası aparan Azərbaycanlı, türk deyildir.
Biz 4 ildir təsis olunmuşuq və bu 4 il ərzində nəin ki,Azərbaycanda eyni zamanda dünyada öz milli döyüş sənətimizi,öz milli məfkurəmizin təbliği ilə məşğul olaraq,böyük uğurlara imza atmışıq.Göstərin bizə,4 il yaranmış bir federasiya ki,bizim kimi uğurlar qazansın və bizim etdiklərimizi etsin.Biz sizlərdən fərqli olaraq bu yola sponsorsuz başladıq,biz sizlərdən fərqli olaraq 10-15-20-30 il bundan qabaq yaranmasaqda,sizin gördüyünüz işlərin 5 qat artığını 4 ilə gördük.Biz sizlərdən fərqli olaraq maddiyat güdmədik və güdmürük,biz sizlərdən fərqli olaraq sponsor gücünə qalxmadıq,biz sizlərdən fərqli olaraq “Day-Day”a bel söykəmədik,biz sizlərdən fərqli olaraq çox işlər gördük,bizlər vətəninə,millətinə,dövlətinə,törəsinə bağlı,sədaqətli,vərənpər könüllülərik,sizlərdən fərqli olaraq bizlər heç bir təmənna güdmədən ,heç bir maddi maraq fikirləşmədən Azərbaycan idmanının inkişafı naminə fəaliyyət göstəririk və biz yalnız dövlətimizə və millətimizə güvənirik.Sözüm o ki,mərdcəsinə gəlin rəqabətə,xaincəsinə dost qılığına girmədən gəlin meydana,özümüzü sözlərlə deyil əməllərlə göstərək.Biz Alpaqut federasiyası olaraq daima dövlətçiliyimizdən yanayıq,daima millətimizdən yanayıq və sizlər bizi sarsıda bilməyəcəksiniz!!!

Economic.az

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top