AQC sədri: İqtisadi təşkilatların fəaliyyətində canlanma yaranıb – Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

AQC sədri: İqtisadi təşkilatların fəaliyyətində canlanma yaranıb

Bakı, 1 İyun, AZƏRTAC

Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurası strukturlaşmış bir qurumdur və ayrı-ayrı sahələr üzrə fəaliyyətini tənzimləyən təsisatlar çərçivəsində fəaliyyət göstərir.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının toplantısında və III Beynəlxalq Qiymətləndiricilər Forumunda bildirib.

O qeyd edib ki, iqtisadi sektorların kordinasiyalı fəaliyyətinin təmin olunması məqsədilə assosiativ ticari birliklərin fəaliyyəti yüksəldilib.

“Dövlət dəstəyi assosiativ təşkilatların qarşısında yeni imkanlar açıb və iqtisadi təşkilatların fəaliyyətində canlanma yaranıb. Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti ölkəmizin ilk assosiativ təşkilatlarından biridir və belə təşkilatların daha zəif olduğu bir dövrdə, ötən əsrin sonlarında fəaliyyətə başlayıb. Təbii ki, bu sahədə baş verən mütərəqqi dəyişikliklər AQC-nin fəaliyyətindən də yan ötməyib. Son illərdə AQC-nin fəaliyyətində mühüm dəyişikliklər baş verib ki, burada beynəlxalq əlaqələrin güclənməsi xüsusi yer tutur”, – deyə V.Oruc bildirib.

Onun sözlərinə görə, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurası Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qığrızıstan, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyətində fəaliyyət göstərən qiymətləndiriciləri bir araya gətirə bilib.

 

Mənbə: Azertag.az

BƏNZƏR MƏQALƏLƏR

Top