"Apple"dan yenilik - "iPhone 7Pro" - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

“Apple”dan yenilik – “iPhone 7Pro”

iPhone 7 Pro modeli

“Apple” daha bir yeniliyini təqdim etməyə hazırlaşır. ANS PRESS-in məlumatına görə, şirkət yeni “iPhone 7 Pro” modelini istifadəyə verəcək. “Apple”ın  sentyabr ayında tanıtmağı planlaşdırdığı “iPhone 7” və “iPhone 7 Plus” markaları ilə yanaşı yeni klaviaturalı “iPad Pro”ya bənzəyən “iPhone 7 Pro” modeli də nümayişə çıxarılacaq.

Çoxları isə “iPhone 7 Plus”ın əvəzinə məhz “iPhone 7 Pro”nun təqdim ediləcəyini söyləyir. İddialara görə, “Apple” yeni telefonuna daha incə dizayn verəcək və alt tərəfinə “iPad Pro” kimi “Smart Connector” əlavə edəcək.

iPhone 7 Pro modeli

iPhone 7 Pro modeli

Artıq internetdə “iPhone 7 Pro”ya aid olduğu iddia edilən bir foto da yayılıb. Yayılan fotolarda telefonun incəliyindən dolayı qulaqlıq dəliyinin ləğv edildiyi və ön tərəfində səsucaldanın olmadığı görünür.

Hazırda “iPad Pro”larda istifadə edilən “Smart Connector” sayəsində “Smart Keyboard” “iPad Pro”ya asanlıqla bağlana bilər.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top