MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

iphone 7pro

“Apple” rekord sayda “iPhone 7” istehsal edəcək

“Apple” korporasiyası tədarükçülərini ilin sonuna kimi 72-78 milyon ədəd “iPhone 7” smartfonu üçün komponentləri istehsal etməyə çağırıb. Bu barədə Trend “Economic Daily” qəzetinə istinadən xəbər verir.

Bu, son 2 il ərzində “iPhone” üçün istehsal ediləcək telefon hissələrinin rekord göstəricisi olacaq. Analitiklərin ilkin proqnozlarına əsasən, bu il 65 milyon yeni smartfon istehsal edilməli idi.

Qəzetin məlumatına əsasən, Tayvanın “Foxconn” şirkəti yenə də “iPhone 7” üçün komponentlərin əsas tədarükçüsü olacaq. Eyni zamanda Tayvanın “Pegatron Corp” şirkəti yeni smartfonlar üçün avadanlıqlar istehsal edəcək.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top