MƏZƏNNƏLƏR

QAYNAR XƏBƏRLƏR

100 il

Antalyada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə mərasim təşkil olunub

Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü münasibətilə Türkiyənin Antalya şəhərində yubiley mərasimi keçirilib.

Ölkəmizin Türkiyədəki səfirliyi və Antalya-Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyi (AKD) tərəfindən təşkil olunan mərasimdə rəsmi şəxslər, Antalyada yaşayan, işləyən və təhsil alan azərbaycanlılar, QHT və KİV təmsilçiləri iştirak ediblər.

Əvvəlcə Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib. Sonra Azərbaycanla bağlı film nümayiş olunub.

Rəsmi hissədə Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar və AKD-nin sədri Çingiz Qədimlinin çıxışları dinlənilib.

Çıxışlarda Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və süqutunun səbəbləri, Qafqaz İslam Ordusunun rəşadəti, XX əsrin sonunda dövlət müstəqilliyimizin bərpası üçün yaranan tarixi imkan və s. məqamlardan bəhs olunub.

Diqqətə çatdırılıb ki, xalqımızın xilaskar oğlu Heydər Əliyevin müdrik siyasəti nəticəsində dövlət müstəqilliyimiz qorunub saxlanılıb və ölkəmizin inkişaf strategiyası müəyyən edilib.

Rəsmi hissədən sonra Azərbaycan və Türkiyənin tanınmış incəsənət xadimlərinin, o cümlədən tələbələrin ifasında zəngin bədii proqram təqdim edilib.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top