Ani Ödənişlər Sisteminə daha 3 bank inteqrasiya olunub - Economic.Az
MƏZƏNNƏLƏR
FreeCurrencyRates.com

QAYNAR XƏBƏRLƏR

Ani Ödənişlər Sisteminə daha 3 bank inteqrasiya olunub

ECONOMIC: Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib ki, Prezident İlham Əliyevin 2018-ci il 26 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” çərçivəsində AMB tərəfindən yaradılaraq 2020-ci ilin oktyabrın 1-də istismara verilmiş Ani Ödənişlər Sisteminin infrastruktur imkanlarının genişləndirilməsi üzrə fəaliyyət davam etdirilir. Bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində “Bank Respublika” ASC, “PAŞA Bank” ASC və Bank “BTB” ASC yaradılmış yeni infrastruktura inteqrasiya olunub. Beləliklə, qeyd olunan bankların müştəriləri də fiziki və hüquqi şəxslər, habelə dövlət orqanları ilə qarşılıqlı hesablaşmaların 24/7/365 rejimində bank hesabları üzərindən sadələşdirilmiş identifikatorlar vasitəsilə (mobil nömrə, FİN kod, VÖEN, e-poçt) aparılması və pul vəsaitinin dərhal vəsait alanın bank hesabında əks olunması imkanı əldə ediblər.
Qeyd edək ki, hazırda 19 bank, Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi və “Azərpoçt” MMC AÖS platformasına inteqrasiya olunub. Gələcəkdə sistemin əhatə dairəsinin genişləndirilməsi, habelə istifadəçilər üçün təqdim olunan rəqəmsal həllərin çeşidinin artırılması istiqamətində işlər davam etdiriləcək.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Top